2010-cu ildə Uorren Baffett və Melinda Qeyts “Bağışlama andı” kampaniyasına başlayıblar. Bu kampaniya müxtəlif ölkələrdən sərvətlərinin böyük hissəsini xeyriyyəçiliyə sərf etməyə hazır olan milyarderləri bir araya gətirmək üçün düşünülüb. Hazırda 236 milyarder “Bağışlama andı” sənədini imzalayıb. Bəs dünyanın ən varlı insanlarından kimlər sərvətini bölüşməyə hazır deyil?
Ceff Bezos həyatı boyu 171 milyard dollarlıq sərvətinin “böyük hissəsini” başqalarına verməyə vəd edib. Ancaq buna baxmayaraq, “Amazon”un qurucusu “Bağışlama andı”nı imzalamaq barədə heç nə demir.
2010-cu ildə Bill Qeyts və Uorren Baffett tərəfindən başladılan kampaniyanın məqsədi cəmiyyətin bütün təbəqələrindən olan milyarderləri həyatları boyu sərvətlərinin ən azı yarısını xeyriyyəçiliyə sərf etməyə təşviq etməkdir. Xüsusilə diqqətəlayiqdir ki, təşəbbüsdə iştirak milyarderləri heç nəyə məcbur etmir: layihənin yaradıcıları bunu “mənəvi öhdəlik” adlandırırlar. Hazırda sənədi 236 milyarder, o cümlədən Qeyts və Baffettin özləri, İlon Mask və Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott imzalayıb.
Qeyd edək ki, müqayisədə nisbətən zəif xeyriyyəçilik fəaliyyətinə görə illərdir tənqid edilən Bezos “Bağışlama andı” təşəbbüsünə qoşulmayan yeganə milyarder deyil. Budur ki, sizə sözügedən layihəni imzalamayan milyarderlərin xeyriyyə fəaliyyətlərindən bəhs edəcəyik.
Bernar Arno
Sərvəti: $158 milyard
Bernar Arno – lüks mallar satan LVMH konqlomeratının həmtəsisçisi və baş direktorudur. O, dünyanın üçüncü ən zəngin adamıdır. Arno “Bağışlama andı”nı imzalamayıb və bu barədə ictimaiyyətə heç bir açıqlama verməyib. Ümumiyyətlə, milyarderin xeyriyyəyə nə qədər vəsait xərclədiyi məlum deyil.
Buna baxmayaraq, LVMH açıqlama verib. Şirkət 2019-cu ildə baş vermiş dağıdıcı yanğından sonra “Notre-Dame de Paris” tikilinin bərpasına kömək etmək üçün Arno ailəsinin 226 milyon dollar bağışladığını vurğulayır.
Quatam Adani
Sərvəti: $90 milyard
Quatam Adani Hindistanın ən böyük sənaye konqlomeratlarından biri olan “Adani Group”un idarə heyətinin sədri və təsisçisidir. “Forbes” jurnalına görə o, dünyanın 11-ci ən varlı adamıdır. Keçən il ərzində Adaninin aktiv dəyəri olduqca yüksək olub, çünki onun şirkəti hasilat və nəqliyyat bazarına daxil olmaq üçün bir sıra yeni müəssisələr əldə edib.
Bundan əlavə, sahibkar xeyriyyəçilik fəaliyyətinin miqyasını artırıb. İyun ayında o, Hindistanda təhsil və səhiyyə proqramları kimi sosial layihələri dəstəkləyən Adani Fonduna 7.7 milyard dollar bağışlayıb.
Ceff Bezos
Sərvəti: $171
“Forbes”in hesablamalarına görə, Bezos həyatı boyu 2.4 milyard dollardan çox ianə edib. O, həmçinin qeyri-kommersiya iqlim dəyişikliyi fondu olan “Bezos Earth Fund” vasitəsilə ümumilikdə 10 milyard dollar bağışlamağı vəd edib.
Bununla belə, milyarder illərdir ki, “Bağışlama andı” ilə bağlı suallardan yayınır, xüsusən də keçmiş həyat yoldaşı Makkenzi Skott 2019-cu ildə boşandıqdan qısa müddət sonra.
Bu müddət ərzində o, bütün Amerikadakı xeyriyyə fondlarının demək olar ki, əsas sevimlisinə çevrilməyi bacarıb. Bezosun tənqidçiləri isə ondan nəhəng sərvətini xeyriyyə layihələrinə necə paylamaq niyyətində olduğuna dair daha konkret açıqlama gözləyirlər.
Larri Peyc
Sərvəti: $111 milyard
2014-cü ildə “Google”un həmtəsisçisi Larri Peyc bütün pulu uşaqlarına buraxmaq fikrində olmadığını demişdi. Eyni zamanda, o, öz var-dövlətini xeyriyyəçiliyə vermək istəyini də ifadə etməyib. Lakin TED platformasına müsahibə verən milyarder etiraf edib ki, pulunun əsas hissəsini cəsarətli ideyaları və dünyanı yaxşılığa doğru dəyişmək arzusu ilə sahibkarlara vermək istəyir. Sonra Peyc İlon Maskı misal çəkib: “O, Marsa uçmaq istəyir. Bu, layiqli məqsəddir”.
2019-cu ildə “Vox” nəşriyyatı yazmışdı ki, Peyc 2004-cü ildən bəri öz xeyriyyə fonduna 2 milyard dollardan çox ianə edib. Bu pulun böyük əksəriyyəti tənqidçilərin vergi güzəştlərinin təmin edilməsi üçün istifadə oluna biləcəyi donorların maliyyələşdirilməsi fondlarına yatırılıb.
Mukeş Ambani
Sərvəti: $90.7 milyard
Dünyanın 10-cu ən varlı adamı Mukeş Ambani Hindistanın ən bahalı şirkəti olan “Reliance Industries”in enerji və telekommunikasiya holdinqinin direktorlar şurasının sədridir.
Bir sıra mənbələrə görə, 2022-ci il ərzində iş adamı xeyriyyə təşəbbüslərinə 50 milyon dollardan çox vəsait ayırıb.
2010-cu ildə Ambani bu gün Hindistanda ən böyük qeyri-kommersiya təşkilatlarından birinə çevrilmiş “Reliance Foundation” fondunu təsis edib. Assosiasiyanın saytında yer alan məlumata görə, fond şəhərətrafı ərazilərdə tibbi xidmətin göstərilməsi və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması layihələri, eləcə də təhsil sahəsində qrantların verilməsi üzrə ixtisaslaşmışdır.
Stiv Balmer
Sərvəti: $91.4 milyard
“Bağışlama andı”nı imzalayanlar arasında Stiv Balmerin olmaması bəziləri təəccübləndirə bilər, çünki vaxtı ilə o, “Microsoft” işçilərindən biri olub və Bill Qeytsin sağ əli vəzifəsinə qədər yüksəlib. İndinin özündə də Balmerin sərvətinin əsas hissəsi onun “Microsoft” biznesindəki 4% payından gəlir.
Ancaq bir gün Balmer deyib ki, 2014-cü ildə şirkətdən ayrıldıqdan sonra Qeytsdən uzaqlaşıb və bu, milyarderin bu təşəbbüsə niyə qoşulmadığını izah edir. Bu gün Balmer NBA komandasının sədri vəzifəsini icra edir.
Sergey Brin
Sərvəti: $107 milyard
Digər “Google” həmtəsisçisi Larri Peyc kimi Sergey Brin də “Bağışlama andı”nı imzalamayıb. O, dünyanın ən zəngin adamları arasında yeddinci yeri tutur, lakin ictimai sahədə heç vaxt bu təşəbbüsü müzakirə etməyib və həyatı boyu xeyriyyəçiliyə nə qədər pul verməyi planlaşdırdığını açıqlamayıb.
Brin keçmişdə müxtəlif layihələrə pul bağışlayıb. Onlara qızlara elm, texnologiya, mühəndislik və riyaziyyatı öyrətməyə həsr olunmuş qeyri-kommersiya təşkilatı olan “Girls Who Code”un maliyyələşdirilməsi daxildir.
2009-cu ildə Brin həmçinin uşaq ikən ailəsinin Sovet İttifaqından qaçmasına və ABŞ-a mühacirət etməsinə kömək edən Yəhudi İmmiqrant Yardım Cəmiyyətinə 1 milyon dollar bağışlayıb.