Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda daha effektiv iqtisadi siyasətin idarəedilməsi üçün biliklərin artırılması ilə bağlı texniki dəstək layihəsinin icrasına başlayıb. Layihə 2022-ci ilin sonuna qədər davam edəcək.
Layihənin dəyəri 380 min ABŞ dolları təşkil edir və ADB-nin Texniki Dəstəklə bağlı Xüsusi Fondundan (TASF) maliyyələşəcək.
Layihə çərçivəsində dövlət idarəetməsi və institusional potensialın artırılması nəzərdə tutulur. Bununla yanaşı, layihə Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmasına töhfə verəcək.
Bilik və texniki dəstək Azərbaycanda sübut əsaslı iqtisadi siyasətin qurulması işini gücləndirəcək.
Məlumatda vurğulanır ki, layihə Asiya İnkişaf Bankının Azərbaycan üçün 2009-2022-cü il üzrə Əməkdaşlıq Strategiyası çərçivəsində həyata keçirilir və Bankın Azərbaycanda məlumatlandırma işini yaxşılaşdırılması üzrə əsas element kimi götürülür.
Qeyd edilib ki, Azərbaycanda 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra vacib iqtisadi dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı karbohidrogen məhsullarının ixracatı gəlirlərindən asılılığı nəticəndə xarici təsirlərə qarşı həssas olaraq qalır. Bununla yanaşı, hökumət 2016-cı ildən bəri qeyri-neft iqtisadiyyatının inkişafını sürətləndirmək üçün islahatlara əhəmiyyətli məbləğdə vəsait xərcləyir.
Texniki dəstək layihəsinin məqsədi: iqtisadi islahatlara yönəlmiş dövlət xərclərinin səmərəliliyinin artırılması. Texniki dəstək layihəsi nəticəsində iqtisadi siyasətin effektivliyini yaxşılaşdırmaq.
Məlumatda vurğulanır ki, Azərbaycan, həmçinin donor kimi fəaliyyət göstərməyə başlayıb. 2019-cu ilin noyabrında Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasına 5 milyon ABŞ dolları, Asiya İnkişaf Fonduna 2 milyon ABŞ dolları və Avropa Yenidənqurma və İnkişaf Bankına 2 milyon ABŞ dolları məbləğindı vəsaitin ayırılmasını elan edib. Həmçinin, Azərbaycan 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolların ayırılması ilə bağlı qərar verib.