10 C
Baku
Tuesday, December 23, 2025

ADB Azərbaycandakı bu layihəyə ayırdığı kreditin növbəti tranşı ayıracaq

“Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair investisiya proqramı ilə bağlı kredit müqaviləsi çərçivəsində biz Azərbaycanla 2 il öncə müqavilə imzalamışıq. Artıq I tranş köçürülüb. II tranşın köçürülməsi üçün danışıqlar gedir”.

Banker.az Report-a istinadla xəbər verir ki, bunu ADB-nin vitse-prezidenti Vençay Janq (Wencai Zhang) deyib.

V.Janq Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını da açıqlayıb: “Bu yaxınlarda ADB-nin “Asian Development Outlook” adlı icamlı yeniləndi. Bu il Azərbaycanda ÜDM 1,7% artıb, 2019-cu ildə isə iqtisadi artımın 2% olacağını proqnozlaşdırırıq. Əgər Azərbaycansa özəl sektor inkişaf etdirilsə və investisiyaların həcmi artsa, bu rəqəm 2%-dən daha çox ola bilər”.

Son xəbərlər
Digər xəbərlər