Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiya 3,8% (ötən ildən 1,2% bəndi çox) səviyyəsində proqnozlaşdırır.
Bankın “Asian Development Outlook” hesabatına istinadən xəbər verilir ki, gələn il isə ölkədə inflyasiya 0,6% bəndi azalaraq 3,2% olacağı gözlənilir.
Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 2,9% səviyyəsində olub.