16 C
Baku
Wednesday, May 1, 2024

“Adidas” 1992-ci ildən bəri ilk dəfə ili zərərlə başa vurub

“Adidas” 2023-cü ili 14 milyon avro xalis zərərlə başa vurub. Bu, Almaniyanın idman ayaqqabısı və geyim istehsalçısı üçün 1992-ci ildən bəri ilk belə haldır, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Şirkətin zərər etməsinin əsas səbəbi amerikalı repçi Kanye Uest və onun antisemit bəyanatları olub. Onlar “Adidas”la musiqiçinin moda brendi “Yeezy” arasında münasibətlərin kəsilməsinə səbəb olub.

Keçən yazda “Adidas” xəbərdarlıq etmişdi ki, 2023-cü il şirkətin son 30 ildə ilk illik əməliyyat itkisi ilə nəticələnə bilər.

“Adidas” bu il qalan “Yeezy” idman ayaqqabılarını öz qiymətinə satmağı və gəlirliliyə qayıtmağı planlaşrırı. 2024-cü ilin sonuna qədər istehsalçı 500 milyon avro əməliyyat mənfəəti əldə etməyə ümid edir.

Maliyyə hesabatlarının dərcindən sonra şirkətin səhmləri təxminən 2% ucuzlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər