Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, Adidas şirkəti 3D-printerin köməkliyi ilə hazırlanmış Futurecraft 4D idman ayaqqabılarının yeni modelinin təqdimatını keçirdi.
Futurecraft 4D modelli idman ayaqqabılarının kütləvi istehsalı 2018-ci ilin əvvəlində başlayacaq. Adidas bu yeni modellərin yaradılması zamanı 3D-çap sənayesi texnologiyalarının inkişafı ilə məşğul olan Carbon startapı ilə əməkdaşlıq edib. Şirkətdən verilən məlumata görə, Carbon startapı tərəfindən yaradılan texnologiya 1 ayaqqabı cütünün istehsal müddətini yarım saatdan 20 dəqiqəyə endirməyə imkan verir.
Modelin qiyməti isə hələ ki, açıqlanmır. Lakin şirkət həmçinin qeyd edib ki, qiymət texnologiyanın inkişafı fonunda enəcək.