25 C
Baku
Monday, July 7, 2025

“Adidas” “Reebok”u 2 mlrd. dollara satır

Almaniyanın idman geyimi istehsalçısı “Adidas” özünün törəmə şirkəti olan “Reebok”un satışına dair saziş imzalayıb.

Bu barədə “Adidas” tərəfindən bəyanat yayılıb.

Bəyanatda “Reebok”un ABŞ-ın “Authentic Brands Group” şirkətinə satıldığı bildirilib. Həmçinin, müqavilənin dəyərinin 2.46 milyard avro (2,46 milyard dollar) olduğu qeyd edilib.

Satış əməliyyatının 2022-ci ilin ilk rübündə tamamlanacağı vurğulanıb.

Xatırladaq ki, “Adidas” “Reebok”u 2006-cı ildə əldə edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər