Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən təqdim edilmiş ləğv prosesində olan “Royal Bank” ASC, “Bank of Azerbaijan” ASC, “Bank Standard” QSC, “Debütbank” ASC və “Dəmir Bank” ASC-nin 2019-cu ilin 4-cü rübündə ləğv planına baxılacaq.
Banker.az xəbər verir ki, bununla bağlı ADIF Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Bundan əlavə, “Dəmirbank” ASC-nin 25.09.2019-cu il tarixinə kimi müəyyən edilən əmlakının vəziyyətinə dair hesabata baxılması üçün də apelyasiya məhkəməsinə müraciət edilib.