9 C
Baku
Friday, December 13, 2024

ADIF: Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək

Hazırda hesabımızda 70 mln. manat vəsait var və pulumuz bitən kimi Azərbaycan Mərkəzi Bankından (AMB) borc alacağıq. Bunu açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

A. Cavadov bildirib ki, sığorta hadisəsi baş verən bankların əmanətçilərinə hər gün təxminən 7 mln. manat kompensasiya ödənilir:

“Agent bankların hesabına da pulları köçürmüşük və bundan əlavə 70 mln. manat

Azad Cavadov
Azad Cavadov

pulumuz var. Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək. Paralel olaraq biz Mərkəzi Bankla danışıqlar aparırıq. Pulun alınması Mərkəzi Bankla razılaşdırılıb və Fondun pulu bitdikdə biz borc alacağıq”.

İcraçı direktor deyib ki, AMB-dən vəsaitin cəlb edilməsi qısa müddət üçün nəzərdə tutulub və həmin kreditin məbləği və faiz dərəcəsi dəqiqləşdirilir.

A. Cavadov qeyd edib ki, “Texnika Bank”ın əmanətçilərinə 123 mln. manat kompensasiya ödəniləcək:

“”Texnika Bank”da bizə təqdim edilən 123 166 426 manat qorunan əmanətlərin hamısı kompensasiya ediləcək. “Bank of Azerbaijan”ın isə əmanətçilərinə ödəmələrin 95%-i bitib. İndi bu bankın əmanətçilərinə gündəlik 150-200 min manat kompensasiya ödənilir”.

Qeyd edək ki, ADIF-in icraçı direktoru bir müddət əvvəl keçirdiyi mətbuat konfransında “Texnika Bank”ın əmanətçilərinin sığortalanan əmanətlərinin 79,344 mln. manatlıq hissəsinin qaytarılacağını, digər 43,8 mln. manatlıq hissəsinin isə qaytarılması ilə bağlı araşdırıma aparıldığını açıqlamışdı.

Report

Son xəbərlər
Digər xəbərlər