6 C
Baku
Sunday, December 15, 2024

“ADIF-dən dedilər ki, bizi məhkəməyə verə bilərsiniz, amma vəsaitiniz qayıtmayacaq”

Azərbaycanda bağlanan bankda “Amrahbank” ASC-də iki il öncə depozit yatıran bank müştərisi Əmanətlərin Sığortalanması Fondundan (ADIF) narazıdır.

Banker.az-a yazan Bakı şəhəri sakini Oleq Kudelin deyir ki, o, 2018-ci ilin sentyabrında adıçəkilən bankın “Binəqədi” filialında, həmin dövürdə ölkədə əmanətlərin tam sığortalanması üzrə faizlərin 15 faizə qədər olduğu halda 13 faiz ilə müqavilə imzalayıb. O.Kudelin bildirir ki, həmin dövridə bu əmanət müqaviləsi tam sığortalı sayılıb.

“İndi isə bankdan [Amrahbank] deyirlər ki, ADIF əmanətimin yarıdan çoxunu sığortasız hesab edir. O səbəbdən ki, onlar mənim yatırımlarımın 01.07.2019-cu il tarixdən sonra olduğu üçün sığortasız hesab olunurlar”, – deyə əmanət yiyəsi O.Kudelin deyir.

“Mən ADIF-ə müraciət etmişəm və ordakı vəkil söylədi ki, bizi məhkəməyə verə bilərsiniz, amma vəsaitiniz qayıtmayacaq”.

Banker.az olaraq bildirməliyik ki, 2019-cu il iyulun 1-dən etibarən, banklarda milli valyutada illik 10 faizə qədər depozitə qoyulan əmanətlər sığortalanmış sayılır. Xarici valyutada isə 2,5 faizə qədər depozitə qoyulan əmanətlər sığortalanır. Əvvəlki hədd milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz idi.

Məsələn, fiziki şəxs 10 min manatını iyulun 1-dən illik 11 faizlə depozitə qoyarsa, bank müflis olduğu təqdirdə, Əmanətlərin Sığortalanması Fondu bu əmanət üzrə kompensasiya verməyəcək.

Bu il iyulun 1-dək banklarda illik 15 faizə qədər qoyulan depozitlər müqavilə müddəti bitənə qədər qüvvədədir. Adətən, müqavilə müddəti bitərkən müştəri depozitini geri çəkməsə, müqavilə eyni şərtlərlə avtomatik uzanır.

Əgər illik faizi 10-dan yuxarı olan depozit müqaviləsinin müddətinin uzanması 2019-cu il iyulun 1-dən sonrakı dövrə düşərsə, onun əmanəti artıq sığortalanmış sayılmayacaq.

Məsələn, ötən ilin avqust ayında illik 14 faizlə depozit qoyulmuş əmanətin müqavilə müddəti 1 illikdir və müddət başa çatdıqda əmanətçi depozitini geri götürmür və ya müqaviləni yeniləmirsə, bu zaman həmin müqavilə növbəti bir il üçün 14 faizlə uzadılır. Bu isə o deməkdir ki, artıq həmin əmanət sığortalanmış sayılmır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Bəllidir ki, burada ADIF qanunvericiliklə haqlıdır. Lakin, bəs əmanəti batmış vətəndaş?

Bununla bağlı redaksiyamız Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərib. Sorğunu qəbul edən isə ictimai əlaqələr üzrə məsul şəxs olub. O, bu sorğuya qiymət veriləcəyini bildirsə də hələ də cavab yoxdur.

İstənilən halda, ölkədə bu mövzu çox həssas olduğu bir məqamda buna aidiyyatı qurum izah verməlidir. Sığortalanmadıqda əmanətçinin vəsaiti batmalıdırmı? Press-konfransda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov özü də bildirib ki, fiziki şəxslərə adətən onların amliyyə analitikasının (əksəriyyətində) o qədər də güclü olmaması səbəbindən onların vəsaitləri sığortalanır.

Son xəbərlər
Digər xəbərlər