Vəkil İsmayılov Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri təyin edilib.
Maliyyə bazarındakı mənbənin verdiyi məlumata görə, V.İsmayılov aprel ayından etibarən vəzifəsinin icrasına başlaylb.
“V.İsmayılov bu vəzifədə Orxan Xubanlını əvəz edib”, – mənbə qeyd edib.
V.İsmayılov ADIF-dən öncə Maliyyə Nazirliyi sistemində 20 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb.
ADIF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.