13 C
Baku
Tuesday, May 21, 2024

ADIF qiymətli kağızlara yatırıma başlayıb, lakin “yarımçıq” hesabat onun analiz imkanını çətinləşdirir

Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu nəhayət 2022-ci ilin hesabatını təqdim edib və məlum olub ki, Fond investisiya portfelini genişləndirib.Banker.az xəbər verir ki, fond tarixində ilk dəfə qeyd edilən müddətdə 43.28 milyon manat ekvivalentində faiz gəliri gətirən qiymətli kağızlar üzrə portfel əldə edib.

Fondun hesabatı nüfuzlu “böyük dördlük”də yer alan PwC tərəfindən aparılıb. Bununla belə, fond hesabatı adəti üzrə vaxtında deyil, təqribən bir il sonra təqdim edilib.

Təqdim edilən hesabatda isə investisiya portfelinin bölgüsü təqdim edilməyib. Belə ki, adətən iri fondlar investisiya portfelini təqdim edərkən onun dövlət, korporativ istiqraz və ya xarici təşkilatların xarici valyutada ola hissəsi təqdim edilir. Həmin investisiya qiymətli kağızlarının gəlirliliyi barədə isə yalnız faiz gəlirləri hissəsindən təxmin etmək imkanı var.

Ümumilikdə, hesabat cəmi 7 səhifədən ibarətdir ki, bunun 2-si audit təşkilatı tərəfindən verilən girişə aid edilir. Bu da ölkədə digər fəaliyyətdə olan həmkar dövlət fondları və təşkilatlarından fərqli olaraq, ADIF-in aktivlərin idarəedilməsi üzrə fəaliyyətini analiz etməyi bir qədər çətinləşdirir. Əlavə olaraq, Fond 2020-ci ilə qədər olan hesabatını daha müfəssəl təqdim edirdi. Bunun üçün qurumun rəsmi səhifəsinda 2020-c il üzrə audit hesabatına nəzər salmaq yetərlidir.

Bununla belə, onun aktivləri hissəsində 455.84 mln. manatlıq dövlət vekselləri də vardır.

Faiz gəlirləri (ümumi olaraq) 2021-ci ildə 1.64 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm 3.32 mln. manata yüksəlib.

Qeyd edək ki, ADIF 2006-cı ildə təsis edilib. ADIF banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq və ölkə maliyyə sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə təsis edilib. Onun gəlirinin əsas hissəsini banklardan yığılan sığorta haqları təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər