“Hazırda cəmiyyətdə daha çox narazılıq doğuran və söz-söhbətə səbəb olan “AGBank” və “NBC Bank”da baş verənlərdir”.
Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, “AGBank”da 2017-ci ilin oktyabr ayının 10-dan sonra təsih tədbiri tətbiq olunub ki, fiziki şəxslərdən müddətli əmanətlərin qəbuluna qadağa qoyulub, lakin bank tərəfindən bu qaydalara əməl edilmədiyinə görə, hazırda belə bir problem otraya çıxır kompensasiya məsələsində.
T. Piriyev bildirib ki, “NBC Bank”da da eyni proses baş verir, xüsusən də daha çox Mərkəzi Bank tərəfindən yanvar ayının 27-dən təsih tədbiri xəbərdarlığı ilə bağlı fiziki şəxslərdən əmanətləri qəbul etməmələrinə dair qadağan edilməsinə baxmayaraq, bank bu prosesi davam etdirib: “Biz Fond olaraq kompensasiyaların ödənilməsini qanuni olaraq aparırıq. Həmçinin, eyni qanun bizə təsih tədbirləri olduğu təqdirdə həmin əmanətlərin kompensasiya olunmadığını göstərir. Yəni əgər bu əmanətlərin təsih tədbirləri varsa kompensasiya olunmur, yeni sığortalanan əmanətlər kateqoriyasına aid edilmir. Belə olan halda biz bu məbləğləri bloklayırıq. Bloklanandan sonra həmin məbləğlər üzrə araşdırmalar aparılır. Əgər biz bu bloklamaları öz araşdırmalarımız nəticəsində götürə biliriksə, bunlar blokdan azad ediləcək. Mümkün olmayacaqsa, biz Konstitusiya Məhkəməsinə müraciət etməyi nəzərdə tuturuq və əmanətçilərin xeyrinə bu məsələni həll etməyə çalışacağıq”.