Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə ekspert platformalarının formalaşdırılması perspektivi tamamilə realdır.

Bunu Yaponiyanın torpaq resursları, infrastruktur, nəqliyyat və turizm nazirinin müşaviri Şiomi Hideyuki Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində  bildirib.

“Bildiyiniz kimi, Yaponiya seysmik təhlükəsizlik sahəsindəki sərt normaları ilə məşhurdur. Bu baxımdan, Yaponiyanın qabaqcıl zəlzələyə dayanıqlı tikinti texnologiyalarının tətbiqi məqsədilə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə ekspert platformalarının təşkili, eləcə də bilik mübadiləsi perspektivi açılır. Azərbaycan hökumətindən müvafiq təşəbbüs daxil olarsa, biz mütləq bu istiqamətdə işə başlayacağıq”, – o vurğulayıb.

Müşavir həmçinin qeyd edib ki, Yaponiya vaxtilə əhalinin sayının sürətli artımına əvvəlcədən hazırlaşaraq şəhər planlaşdırması sistemini qurub və infrastrukturu mərhələli şəkildə inkişaf etdirib.

“Əminəm ki, bu yanaşmalar böyük ehtimalla şəhərlərinizin perspektiv inkişafı və abadlaşdırılması üçün faydalı olacaq. Biz qarşılıqlı faydalı əməkdaşlığa səmimi qəlbdən şad olarıq”, – Ş. Hideyuki əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər