18 C
Baku
Friday, November 22, 2024

Adınıza qanunsuz kredit götürüblərsə nə etməli?

Heç gözləmədiyiniz bir anda bankdan və yaxud kredit təşkilatından zəng edərək borcunuzu ödəməyi tələb edə bilərlər. Bu zaman həyəcanlanmaq və təlaşa düşmək məsləhət deyil. Çünki həqiqətə nail olmaq və öz adınızı təmizə çıxarmaq üçün sizə ilk növbədə sakitlik lazımdır.

Adətən fırıldaqçılar itirilmiş və yaxud oğurlanmış şəxsiyyət vəsiqəsi ilə kredit götürməyə cəhd edirlər. Onlar şəxsiyyət vəsiqəsinin üzərindəki şəkilin üzərinə öz şəkillərini vurur, yaxud da öz görünüş tərzlərini şəxsiyyət vəsiqəsinin üzərindəki şəklə uyğun görünüşə salırlar. Fırıldaqçılar adətən kiçik məbləğli kreditlər üçün müraciət edirlər, çünki bilirlər ki, böyük məbləğli kredit üçün bank onların məlumatlarını ətraflı şəkildə yoxlayacaq. Buna görə də onlar daha çox bir neçə sənəd əsasında və yarım saat ərzində verilən ekspress kreditlər üçün müraciət edirlər.

Fırıldaqçıların qurbanlarında həmçinin şəxsiyyət vəsiqəsini ümumiyyətlə itirməmiş insanlar da çevrilə bilir. Bu halda fırıldaqçılar şəxsiyyət vəsiqəsinin oxşarı ilə kredit götürməyə çalışırlar. Bu hal o zaman baş verə bilər ki, bankın hansısa əməkdaşı ona kömək etmiş olsun.

Fırıldaqçıların əlindən ziyan görən şəxsin görəcəyi ilk iş ərizə yazmaqdır. İlk olaraq bankdan başlamaq lazımdır ki, bu işlə bağlı araşdırma aparsınlar. İkincisi isə polis idarəsinə ərizə ilə müraciət etmək lazımdır. Əgər şəxsiyyət vəsiqəsini lap əvvəldən itirmisinizsə yaxşı olardı ki, hər iki ərizəyə şəxsiyyət vəsiqənizi itirdiyiniz barədə hüquq-mühafizə orqanlarının verdiyi şəhadətnaməni də əlavə edəsiniz.

Hər bir bank özlüyündə təhlükəsizlik kameralarına sahibdir. Bankın əməkdaşları ilə birlikdə kreditin verilməsi gününə aid arxivdən kamera görüntülərinə baxmaq lazımdır. Əgər görüntülərdə fırıldaqçı insanın krediti götürməsi anı dəqiqliklə müşahidə olunursa, o zaman problem tezliklə həll olunacaq.

Əgər bu da kömək etməsə, imza ilə bağlı ekspertiza aparmaq mümkündür. Burada da DNT testində olduğu kimi yanılma şansı çox az olacaq və sizin adınız təmizə çıxacaq.

Son xəbərlər
Digər xəbərlər