Azərbaycanda 5 şirkət birləşdi.
Banker.az xəbər verir ki, “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC “Dəmiryolservis” MMC-nin, “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin, “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin, “ADY Servis” MMC-nin və “Əsaslı Təmir” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və adının dəyişdirilərək “ADY Tikinti” MMC adlandırıldığını elan edir.
Qeyd edək ki, “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Leyla Zeynalova-dır.