“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Ekspress” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Şirkətin kapitalı 100 manatdan 1 911 634 manata çatdırılıb.
Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Şirkət dəmir yolu ilə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.