17 C
Baku
Monday, April 29, 2024

ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir

“Azərbaycan Dəmir Yolları” QSC ( ADY) Yeni il tətilində regionlara əlavə reyslər təyin edir.

Banker.az-ın ADY-yə istinadən verdiyi məlumata görə, əlavə edilən reyslər Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edilən qatarlara aiddir.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.

Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 30 dekabr – 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər