1 C
Baku
Saturday, December 14, 2024

ADY: Tranzit daşımaların həcmi 11% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu ilə tranzit daşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11% çox olub.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommersiya departamentinin müdiri Məmməd Həmidov “Translogistica Caspian” sərgisi çərçivəsində keçirilən “Orta Dəhliz: perspektivlər və çağırışlar” adlı panel müzakirələrində bildirib.

“O cümlədən, dəmir yolu ilə daxili yükdaşımalarda 6% artım olub. Bu, görülən mühüm işlərin nəticəsidir. Həmin işlərə misal olaraq genişləndirilməsi bu yaxınlarda tamamlanmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini göstərmək olar. Mayın 20-də bu yolla yüklərin daşınmasına start verilib və ilk yük qatarı yola salınıb”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər