25 C
Baku
Monday, April 29, 2024

AEBA-nın baş direktoru Çernobıla getməyə hazır olduğunu bildirib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəsmiləri Ukrayna və Rusiyanın müharibə zamanı nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün razılaşa biləcəyi çərçivə üzərində işləmək üçün Çernobıla getməyə hazırdır.

Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

O qeyd edib ki, Zaporojye və Çernobıl Atom Elektrik Stansiyaları (AES) Rusiya hərbi qüvvələrinin nəzarəti altındadır, lakin hazırda AES-lərin daxilində işləyən heyət ukraynalıdır.

“Artıq tez bir zamanda Çernobıla səfərimin mümkünlüyü barədə həm Rusiya, həm Ukrayna tərəfinə məlumat vermişəm. Hazırkı şəraiti və şərtləri nəzərə alaraq, başa düşürəm ki, mənim ora səfərim, logistika məsələləri asan olmayacaq. Amma düşünürəm ki, bu, qeyri-mümkün də deyil”, – Qrossi vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər