Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya səfəri zamanı öz müfəttişlərini Ukraynanın bütün atom elektrik stansiyalarında (AES) yerləşdirmək niyyətindədir.
Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Onların sözlərinə görə, AEBA iki və ya üç müşahidəçini Rivne, Xmelnitski, Cənubi Ukrayna AES-lərində və Çernobıl AES-in ərazisində yerləşdirməyi planlaşdırır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynada olacağını, bundan sonra Rusiyaya səfər planlaşdırdığını açıqlayıb.
O qeyd edib ki, Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Volodimir Putinlə də görüşməyi gözləyir.