22 C
Baku
Thursday, April 25, 2024

AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

“Hazırda Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) 223 əməkdaşı var. Agentliyin fəaliyyəti tənzimləmə və monitorinq olmaq 2 hissədən ibarətdir”.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bunu AERA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib.

O, bu barədə Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi “Elektrik Enerjisi Sektorunun Maliyyə Bərpası Planının hazırlanması” Texniki Yardım Layihəsi ilə bağlı Agentliyin və “Azərişıq” ASC-nin jurnalistlər və mətbuat katibləri üçün birgə təşkil etdiyi məlumatlandırma tədbirində danışıb.

S.Axundovun sözlərinə görə, rəhbərlik etdiyi qurum sahibkarları yoxlayacaq: “Bildyiniz kimi ölkə prezidentinin tapşırığı ilə sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb. Amma bu o demək deyil ki, heç bir yoxlama olmayacaq. Əgər hər hansı sahibkarlıq müəssisəsindən şikayət varsa biz Ədliyyə Nazirliyinə müraciət edəcəyik və bundan sonra orada yoxlamalar aparacağıq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər