Rusiyanın “Aeroflot” aviaşirkəti avqustun sonunadək Qazaxıstanın doqquz şəhərində beynəlxalq istiqamətlər üzrə müntəzəm reysləri dayandırdığını bəyan edib.
Müvafiq qərar mövcud epidemioloji məhdudiyyətlər nəzərə alınmaqla qəbul olunub.
Aviaşirkət avqustun 31-dək Aktau, Aktobe, Almatı, Atırau, Karaqanda, Kostanay, Qızılorda, Nur-Sultan və Çimkent də daxil olmaqla müntəzəm uçuşlar yerinə yetirməyəcək.
Qeyd edək ki, Qazaxıstandan avqust ayında Tailand və Gürcüstana reyslər açılması planlaşdırılır. Rusiya ilə hava əlaqəsinin bərpasının tarixi hələ açıqlanmayıb.