Rumıniyanın Milli Vergi Administrasiyası Rusiyanın (ANAF) “Aeroflot” şirkətinin bu ölkədəki bank hesablarını bloklayıb.
Bu barədə məlumat ölkənin Rəsmi jurnalında (Monitorul Oficial) dərc olunub.
Sənəddə göstərilir ki, şirkətin idarə heyətində təmsil olunan 3 nəfərin də bank hesabları dondurulub. Sözügedən şəxslər Avropa İttifaqının sanksiya siyahısında yer alır.