Mühasib
Tələblər:
• Ancaq xanım namizəd
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
• Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, 1C 7.7 və ya 8.2)
• Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı vacibdir
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
• Azərbaycan ve Rus dillərini bilmək
Vəzifələr:
• Lazımi sənədləri hazırlamaq
• Müdiriyyətin tapşırıqlarına əməl etmək
• Bütün əməliyyatların sistemə daxil edilməsi
İş şəraiti:
• İş Biləcəri qəsəbəsində yerləşir
• Həftənin 5 günü: saat 09:00 – 18:00
• Bazar günü 09:00-15:00 və Həftə içi bir gün iş günü deyil
• CV-ri [email protected] ünvanına göndərin
Daxili Audit Departamentinin Mütəxəssisi
Təcrübə: Minimum 5 il mühasibat uçotu və ya audit sahəsində iş təcrübəsi.
Vəzifə təlimatı:
Risklərin idarəetməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarda həmin proseslərinin inkişafına dair tövsiyyələri vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yaxından iştirak.
Səlahiyyət və öhdəliklər:
1. Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək.
2. Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
3. Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək.
4. Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək.
5. Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək.
6. Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq.
7. Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq.
8. Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
9. Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək.
10. Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.
11. Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək.
12. Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
13. Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək.
14. Departament büdcəsinin hazırlamasında iştirak.
15. Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
16. Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.
Təhsil səviyyəsi:
İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil bakalavr dərəcəsi; həmin sahədə peşəkar kvalifikasiya sahiblərinə, hüquqi sənədlərinin yoxlaması və İT audit təcrübəsinə malik olan namizədlərinə üstünlük veriləcək.
Dil bilikləri: Azərbaycan, rus, ingilis
Texniki bilik və bacarıqlar:
• MS Office proqramlarını sərbəst bilmək və tətbiq etmək.
Sahə üzrə bilik və bacarıqlar:
• Daxili auditi;
• Risklərin idarəedilməsini (o cümlədən, müxtəlif sahələrdə (satış, marketinq, logistika və sair) iş təcrübəsinə malik olan);
• BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
• İqtisadi sahədə qanunvericiliyi;
• Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
• Korporativ idarəetməni;
Şəxsi keyfiyyətlər:
• Analitik düşüncə;
• Yüksək nəzakət;
• Təşəbbüskarlıq;
• Qərar vermə qabiliyyəti;
• Dürüstlük;
• Obyektivlik;
• Etibarlılıq;
• Məxfililiyin qorunması bacarığı;
• Daimi inkişafa meyillilik və təhsil almağa bacarığı;
• Stresə dözümlülük;
• Komandada işləmək bacarığı;
• Mübahisələrin həll edilməsi;
• Effektiv kommunikasiya;
• Əlaqələndirmə;
• Nəzarət.
Müsabiqə zamanı öz təşəbbüsü ilə Şirkətimizin maliyyə uçotu və idarəetmə uçotunun əsasları üzrə imtahanından keçən namizədlərə üstünlük veriləcək. Qeyd edilən imtahan ACCA ( F2, F3), CIMA (C1, C2) və onlara uyğun imtahanlardan keçmiş namizədlərə şamil edilmir.
İş şəraiti:
• Bazar ertəsi – cümə: saat 09:00 – 18:00
• Şənbə günü 09:00-15:00 və Bazar günü iş günü deyil
CV-ri [email protected] ünvanına göndərin