10 C
Baku
Thursday, December 12, 2024

“AFB Bank” 2022-ci ilin II rübünü 8.6 milyon mənfəətlə başa vurub

“AFB Bank” ASC ötən rübdəki uğurlu nəticəsini təkrarlayaraq bu ilin II rübünü də mənfəətlə başa vurub. Belə ki, ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC-nin 2022-ci ilin II rübündə xalis mənfəəti 8 milyon 673 min manat təşkil edib.

Cari ilin II rübündə açıqlanan məlumata əsasən bank xalis faiz gəlirləri üzrə 7.2 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 3.2 milyon mənfəət gəlir əldə edib.

Xalis faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 28%, qeyri-faiz gəlirləri isə 24%-ə qədər artmışdır. Bankın kredit portfelindəki artım isə ötən ilin sonu ilə müqayisədə 8% -dir.

Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 42% təşkil edir.  I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 36%-dən çoxdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 80 milyon manat təşkil edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif  bank xidmətlərini təklif edir.

Son xəbərlər
Digər xəbərlər