-1 C
Baku
Saturday, December 14, 2024

“AFB Bank” ASC həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində başladığı tədbirlərdən daha birini uğurla başa vurub

Özünüməşğulluq proqramı çərçivəsində daha 2 vətəndaş İbrahim Heydərov və Nadir Hüşənov “AFB Bank” tərəfindən bizneslərinin inkişafı üçün Avtoyuma avadanlıqları ilə təmin olunublar.

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

“AFB Bank” bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində AFB Bank indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında çox sayda işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib.

“AFB Bank”ın təqdim etdiyi digər məhsul və xidmətlər haqqında ətraflı məlumatı, bankın rəsmi saytından, sosial şəbəkələrdəki rəsmi səhifələrindən və yaxud 1545–Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür. 

 

 

Son xəbərlər
Digər xəbərlər