13 C
Baku
Thursday, April 18, 2024

“AFB Bank”-dan özünüməşğulluq proqramına növbəti dəstək!®

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkili təşəbbüsünə qoşulan “AFB Bank” ASC növbəti dəfə proqrama dəstək göstərdi.

Özünüməşğulluq proqramı əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və iş axtaran şəxslər və b. üçün məşğulluğun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsi məqsədi ilə yaradılmışdır. Bank tərəfindən proqrama qoşulan, Bakı şəhərində yaşayan, həssas əhali qrupuna aid vətəndaşlara Avtoyuma xidməti və “Fast food” tipli kiçik biznesin qurulması üçün əvəzsiz olaraq aktivlər təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən AFB Bank ilin sonunadək fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər