“AFB Bank” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.
Elnur Qurbanov “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsindən məzun olmuş Elnur Qurbanov 1999 – 2002-cı illərdə “KPMG Azerbaijan”, 2002 – 2017-ci illərdə Deloitte şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışıb. 2008-2017-ci illərdə Deloitte şirkətinin MDB üzrə partnyoru olub. Elnur Qurbanov 2003-cü ildən Londonda yerləşən Beynəlxalq Mühasiblər Assosiasiyasının fəxri üzvüdür. O, “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində Vüsal Eynullayevi əvəz edib. V.Eynullayev isə “Gilan Holdinq” MMC-də maliyyə məsələləri üzrə məsul şəxs təyin olunması ilə əlaqədar “AFB Bank” ASC-də fəaliyyətini bundan sonra Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.