9 C
Baku
Friday, December 13, 2024

“AFB Bank”a yeni səhmdar gəlib

“AFB Bank” ASC-nin səhmdarlarının bölgüsü dəyişib.

Banker.az xəbər verir ki, 2024-cü ilin aprelindən etibarən Toğrul Hacıyev Ülvi oğlu bankın 0.18%-lik payını Əkbər Abdullayevdən satın alıb.

Bankın 70.39 mln. manat nizamnamə kapitalı mövcuddur və Toğrul Hacıyevin cari paketinin nominal dəyəri 127 min manata qədərdir. Bir səhmin dəyəri isə 1 265 manat təşkil edir.

Bank 2023-cü ili də xalis mənfəətlə bitirib. Audit edilmiş hesabatına əsasən, onun xalis mənfəəti ötən il 7.57 mln. manat olub. Bank 2022-ci ildə 9.33 mln. manat və 2023-cü ildə isə 10.68 mln. manat xalis mənfəət elan edib.

“AFB Bank”ın səhmlərinin əsas hissəsi 99.64%-i Hikmət İsmayılova məxsusdur. H.İsmayılovun publikaya açıqlanan məlumata görə, investisiya portfelində “Azsığorta” ASC-nin və eləcə də “Bank of Baku” ASC-nin səhmləri  var.

“AFB Bank”ın digər üçüncü səhmdarı isə 0.18% ilə Cəmil Muradovdur.

 

Son xəbərlər
Digər xəbərlər