“AFB Bank” ASC-nin İdarə Heyətinin sədr müavini iş yerini dəyişib.
Banker.az xəbər verir ki, sədr müavini İqbal Rüstəmov bankdakı vəzifəsini tərk edib.
O, bundan sonra ölkədə fəaliyyət göstərən “MilliÖn” ödəniş terminalları şəbəkəsinin sahibi “Komtec” MMC-nin Baş icraçı direktorunun müşavir kimi çalışacaq.
İ.Rüstəmovun tərkindən sonra “AFB Bank”ın İdarə Heyətinin sayı iki nəfər təşkil edir. Burada, sədr və bir üzv hazırda çalışmaqdadır.
İ.Rüstəmov “AFB Bank”a 2019-cu ilin iyulunda təyin olunmuşdu. Həmin tarixə qədər “Kapital Bank” ASC-də Məhsulların inkişafı departamentinin direktoru kimi çalışırdı.