Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı “AFB Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Bankın maliyyə üzrə baş direktoru Lalə Quliyeva idarə heyətinə üzv seçilib.
Qeyd edək ki, “AFB Bank”ın İdarə Heyəti sədri Zaur Qaraisayev çıxaraq onun səlahiyyətləri sədrin 1-ci müavini Aydın Hüseynov əvəz etmişdi.
Hazırda bankın İdarə Heyəti üzvləri 3 nəfərdir. Digər üzv İdarə Heyəti Sədrinin müavini Natiq Namazovdur.