-3 C
Baku
Sunday, December 15, 2024

Ağ Ev Azərbaycana iki milyon dollar vəsait ayırıb – FOTO

Ağ Ev “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana iki milyon dollar vəsait ayırıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ-ın Dövlət Departamentinin Katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, Prezident D.Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə”( W-GDP) fond yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon dollar vəsait ayırıb.

W-GDP fondundan ayrılmış 2 milyon ABŞ dolları dəyərində vəsait, Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan və qadınlara yönələn biznes və peşəkar assosiasiyaların imkanlarının artırılmasına yardım edəcək.

Sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə, habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxış əldə etməyə yardım edəcək .

W-GDP fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır.

Qadınlar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinlikləri aradan qaldırmaq imkanı qazanacaq.

1597833816 ivanka tramp 190820

“W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələşdirilməsi və inkişafı üçün yaradılıb. Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək, fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik”, deyə prezidentin məsləhətçisi İvanka Tramp bildirib.

Bu il Azərbaycan dünyanın 60-dan çox dövləti ilə birgə W-GDP təşəbbüsünün irəliləməsinə təkan verib.

MənbəTrend.az
Son xəbərlər
Digər xəbərlər