Ağ Evin əməkdaşları ABŞ Prezidenti Donald Trampa Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ yaratmağı təklif edib.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Təşkilata alternativin Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı (UNAIDS) bazasında yaradılması təklif olunur.
Bu təşəbbüslə Ağ Evin bəzi əməkdaşları, o cümlədən, ABŞ Milli Təhlükəsizlik Şurasının üzvləri çıxış edib. Onların bir çoxunun Çinə qarşı sərt siyasət tərəfdarı olduğu qeyd olunur.
©Oxu.az