14 C
Baku
Thursday, March 28, 2024

“AGA Group” kredit təşkilatına (BOKT) yenidən maya qoyur

“City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını daha 1,25 milyon manat və yaxud 33,3% artırıb.

BOKT-un kapitalı 3,75 milyon manatdan 5 milyon manata çatdırılıb.

Bu, son 3 ayda “City Finance”də nizamnamə kapitalının 2-ci artımıdır. ötən ilin dekabr ayında BOKT-un kapitalı 2,75 milyon manat və yaxud 3,75 dəfə artırılaraq 1 milyon manatdan 3,75 milyon manata çatdırılmışdı.

Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. BOKT-un yeganə təsisçisi “AGA Group”dur.

©Report

Son xəbərlər
Digər xəbərlər