Azərbaycanda biznes mərkəzlərinə sahib Dəmirçi ailəsinin faktorinq şirkəti 2.5 milyon manat həcmində borc almağı planlayır.
Banker.az xəbər verir ki, bu, “Ferrum Kapital” QSC-dir.
Şirkət hər birinin nominal dəyəri 1000 manat olan 2 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz buraxır. İstiqrazlar BFB-də emissiya ediləcək.
“AGA” Şirkətlər Qrupunun törəməsi 2022-ci ili 2.16 mln. manat xalis mənfəətlə tamamlamışdı.
Şirkət istiqrazı əldə edənlərə illik 13% ödəməyi nəzərdə tutur.
Xatırladaq ki, “Ferrum Kapital” QSC 2017-ci ildə təsis edilib. Onun 2000 manatlıq nizamnamə kapitalının 68%-i Qafar Demirçiyə, 22% isə İran İslam Respublikası vətəndaşı Məhəmməd Həbib Zadə Reza Pərvizə məxsusdur.