“AQA Şirkətlər Qrupu” QSC-nin (AGA Group) faktorinq biznesinin icra orqanı yeni şəxsə həvalə edilir.
Banker.az xəbər verir ki, Qadir Cavadov bundan sonra “Ferrum Kapital” QSC-nin icraçı direktoru kimi fəaliyyətini davam etdirəcək. Buna qədər şirkətə Faiq Kərimov rəhbərlik edirdi.
Qadir Cavadov 2019-cu ilin avqustundan “Ferrum Kapital”a təyinat alıb və son beş ildə şirkətin əsas fəaliyyət istiqaməti olan Faktorinq departamentinə rəhbərlik edib.
Bundan öncə o, “Flexi Credi Leasing”, “Ultratek” və “ABB” kimi təşkilatlarda çalışıb.
Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə təsis edilib və 2000 manat nizamnamə kapitalı mövcuddur. Şirkətin əsas səhmdarları Qafar Demirçi (68%) və İran İslam Respublikası vətəndaşı Məhəmməd Həbib Zadə Reza Pərvizdir (23%).