12 C
Baku
Tuesday, November 19, 2024

“AGA Group”un “Ferrum Kapital”ına yeni rəhbər təyin edilib

Azərbaycanda fəaliyətdə olan iri şirkətlər qrupu “AGA Group”nun faktorinq biznesinə yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Faiq Vaqif oğlu Kərimov “Ferrum Kapital” QSC-nin İdarə Heyətinin sədri təyin edilib.

O, bu vəzifədə Tural Raci oğlu Ağayevi əvəz edib.

İndiyə qədər şirkətin rəsmi səhifəsində  “Komandamız” hissəsində Müşahidə Şurası ilə bağlı məlumat verilsə də, İdarə Heyətinin sədri ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, “Ferrum Capital” 2017-ci ildə yaradılıb və 2 000 manat nizamnamə kapitalı var. Şirkətin təsisçisi və Müşahidə Şurasının sədri Mohammad Reza Habib Zadeh-dir.

Son xəbərlər
Digər xəbərlər