Crocus City Hall”un sahibi olan Rusiyanın “Crocus International” şirkəti terror baş verən konsert zalını bərpa edəcək.
Bu barədə “Crocus Group”un saytında qeyd olunub.
“Şirkətimiz 30 ildən artıqdır ki, fəaliyyət göstərir və böyük musiqiçi Müslüm Maqomayevin adını daşıyan “Crocus City Hall” konsert zalının divarları arasında 15 il ərzində minlərlə tədbir ən yüksək səviyyədə keçirilir. Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”, – açıqlamada deyilir.
Qeyd edək ki, “Crocus Group” azərbaycanlı iş adamı Araz Ağalarov və onun oğlu müğənni Eminə məxsusdur.