8 C
Baku
Sunday, November 17, 2024

“Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işləri aparılır” – Şahin Bağırov

Zəngəzur dəhlizi istiqamətində gömrük xidmətlərinin fəaliyyətini təkmilləşdirmək üçün Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işləri aparılır.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

“Daha sonra isə tikinti işlərinə başlanacaq”, – Ş. Bağırov əlavə edib.

O bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və inkişafı istiqamətində Azərbaycan dövləti tərəfindən mütəmadi işlər görülür. “Gömrük xidməti olaraq proseslərin içərisindəyik. Zəngəzur dəhlizi istiqamətində də işlər gedir. Keçid məntəqələrinin inkişafı üzrə işlər aparılır. Yeni layihələndirmə işləri görülür və növbəti mərhələdə tikinti işlərinə başlanacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər