AGBank ASC 62-ci ATM-ni istifadəyə verdi! ®

0

Azərbaycanın aparıcı banklarından olan AGBank ASC yeni, sayca artıq 62-ci bankomatını istifadəyə verib. 


Bankomat Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rasim Ocaqov küçəsində, Bilgəh Kardioloji Sanatoriyasının önündə müştərilərin ixtiyarına verilmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında hər zaman ilk sıralarda qərarlaşıb və hazırda 62 ATM ilə müştərilərinə xidmət verir. Bankın mühüm prioritetlərindən biri – fəaliyyət coğrafiyasını və hazırda Bakı və regionlarda 18 filial, 1 şöbə və çoxsaylı bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.