7 C
Baku
Thursday, December 12, 2024

“AGBank” maliyyə göstəricilərini açıqladı

AGBank 2020-ci ilin I rübünü 1 milyon manat zərərlə başa vurub. Belə ki. ötən ilin eyni dövrünə nisbətən bankın zərəri 2 dəfəyə yaxın çoxdur.

Banker.az bu barədə bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.

Cari ilin yanvar-mart aylarında “AGBank”ın gəlirləri 8,5 milyon manat (illik müqayisədə 29% az), xərcləri 10,2 milyon manat (21% az) təşkil edib.

“AGBank”ın müştərilərə verdiyi kreditlər 210,4 milyon manatdır. Bankın kredit portfeli bir ildə 1% böyüyüb.

“AGBank”ın öhdəlikləri 8% azalaraq 410 milyon manata, balans kapitalı isə 5% azalaraq 49 milyon manata düşüb.

Son xəbərlər
Digər xəbərlər