AGBank rəhbərliyinin keçmiş MTN naziri ilə yaxın qohum olması səbəbindən bankda başlanan yoxlamalarla bağlı gəzən söhbətlərə bankdan münasibət bildirilib. Bankın qeyd etdiyinə görə “ bu sadəcə söz söhbətdir”. AGBank hazırda normal qrafik ilə işini davam etdirir. Bankda heç bir yoxlama işi aparılmır. Bankın 1newsa verdiyi informasiyada belə deyilir.
Qeyd edək ki, bəzi media resurslarında MTN nazirinin işdən çıxmasından sonra AGBankda gözlənilməz yoxlamaların başlamasından yazmışdırlar. Yoxlamalara səbəb kimi AGBankın müşahidə şurasının rəhbəri deputat Çingiz Əsədullayev Eldar Mahmudovun yaxın qohumluğu göstərilib.