09.11.2018-ci il tarixində AGBankın yaranması tarixindən 26 il ötür. 26 illik fəaliyyəti ərzində AGBank-ın daim qoruyub saxladığı əsas məqsədlərdən biri – öz müştəriləri, o cümlədən tərəfdaşları və həmkarları ilə qarşılıqlı hörmətin, şəffaflığın bünövrəsi olan uzunmüddətli münasibətlərin qurulmasıdır. Müştəri məmnuniyyəti, müştəri yönümlü bank olan AGBankın ən əsas prinsiplərindən biridir. Müştəri tələbatını və istəklərini nəzərə alaraq, geniş spektrdə məhsul və xidmətləri təqdim edir, müasir texnologiyaları tətbiq edir, operativ xidmət göstərir.
Təsadüf deyil ki, fəaliyyət göstərdiyi müddətdə AGBank müxtəlif mükafatlara layiq görülmüşdür. Belə ki, keçən ilin nəticələrinə görə, İngiltərənin ən nüfuzlu online və çap jurnallarından biri GLOBAL BANKİNG & FİNANCE REVİEW MAGAZİNE hər il keçirdiyi GLOBAL BANKİNG & FİNANCE AWARD ® 2017 mükafatlandırmasında “Best Internet Banking of Azerbaijan 2017” nominasiyasında AGBank ASC qalib elan edilib. Commerzbank AG tərəfindən “STP Award 2011 Excellent Quality”, EBRD tərəfindən “Most Active Trade Finance Bank in Azerbaijan”, “Most Active İssuinq Bank in Azerbaijan”, “Caspian Energy Award”, “Uğur” – bunlar AGBankın təltif olunmuş mükafatların yalnız cüzi bir qismidir. Bütün bunlar Bankda çalışan peşəkar, məsuliyyətli, gülərüz, müştərini daim diqqət mərkəzində saxlayan, hər bir müştəriyə yüksək səviyyəli bərabər yanaşma prinsipi ilə xidmət göstərən komandanın sayəsində əldə edilib. Kollektiv haqqında danışarkən, biz tez-tez “AGBank ailəsi” ifadəsini işlədirik. Buda təsadüfi deyil. Belə ki, AGBank kollektivini yüksək professional ixtisasa malikliyi ilə bərabər, qarşılıqlı anlaşma hissi və möhkəm dostluq münasibətləri birləşdirir. Kollektivə qatılan hər bir yeni əməkdaşa isə cavabdehlik hissi, qarşılıqlı kömək, necə təkbaşına, eləcə də böyük və mehriban kollektivdə işləmək bacarığı öyrədilir. Bu, şübhəsiz ki, Rəhbərliyin böyük zəhməti sayəsində yaranmışdır, öz ətrafında zəhmətsevər, intelektual, müasir həyatla ayaqlaşan, öz işində dərin biliyə malik həmkarların yığılmasındadır. AGBank, həmçinin, sosial məsuliyyət prinsipinə və yüksək etik standartlara riayət edir. Bu səbəbdən də AGBanka cox vacibdir ki, onun müştəriləri bankda təsəvvür etdikləri kimi, ən yüksək xidmət səviyyəsi ilə qarşılansınlar. AGBankın əsas prioritetlərindən daha biri – müştərilərə məsafəli xidmətin göstərilməsidir. Hər şey müştərilərinin rahatlığı üçün!
Müştərilərə ünvanlanan Bankın sloqanı – “Zənqin olmaq – haqqınızdır” atdığımız hər bir addımda, düşündüyümüz hər bir düşüncədə, təklif etdiyimiz hər bir innovasiyada öz əksini tapır. Bunun üçün Müstəqil Azərbaycanın ilk banklarından olan, dayanaqlı və universal AGBank-ın hər bir işçisi öz vəzifə öhdəliklərini və qarşısına qoyulan məsələləri gözlənilən səviyyədən də üstün yerinə yetirir.
Ölkənin ən böyük banklarından biri və maliyyə aləmində ölkənin ən etibarlı tərəfdaşlarından olan AGBank, bank sektorunda öz mövqeyini gündən günə möhkəmləndirir. Bankı möhkəmləndirən isə, onun əsas prinsip və hədəfləridir:
- Yüksək keyfiyyətli xidmət;
- Çeviklik və operativlik;
- Hörmət, etimad, dürüstlük;
- Etibarlılıq və stabillik;
- Şəffaflıq
Sözsüz ki, müştərilərin ən yüksək qiymətləndirilən amillər bunlardır.
9 noyabr 2018-ci il tarixində öz 26 illiyini qeyd edən AGBank fəaliyyəti ərzində Azərbaycanın bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralardadır. Cəmi 4 nəfər işçi heyəti ilə ilk addımlarını atan AGBankda hal hazırda 500 nəfərdən artıq saydan ibarət peşəkar işçi kollektivi çalışır. 1992-ci ildə cəmi 218 müştəri portfelinə sahib olan bankda hazırki müştəri sayı 370 000-ə yaxındır.
AGBankın nailiyyətləri bir anda əldə edilən deyil, əziyyətli və zəhmət dolu uzun bir yol olub. 26 illik fəaliyyət – bu böyük, maraqlı və nümunəvi bir tarixdir. Bu bizim və sizin tariximizdir. Biz Sizlərdən biriyik, Sizlər üçün çalışırıq! Hər zaman bizimlə olduğunuz üçün Sizə təşəkkür edirik!