“AGBank” ASC 2019-cu ilin ilk 9 ayı ərzində cəmi aktivlərini 4,78 mln. manat azaltmaqla 496,19 mln. manata qədər azaldıb.
Banker.az bu barədə kommersiya bankının santyabrın 30-na açıqladığı rüblük hesabatına istinadən xəbər verir.
Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə isə 10% azalmalı olub. Aktivlərinin 228,25 mln. manatı isə müştərilərə verdiyi kreditlər olub – bu ilin əvvəli 245,7 mln. manat idi.
Bankın cəmi öhdəlikləri 398,62 mln. manat olmaqla bunun 211,87 mln. manatı müştərilərinin bankda yatırdığı əmanət portfelidir.