7 C
Baku
Sunday, December 15, 2024

“AGBank”ın rəhbərliyində dəyişiklik (YENİLƏNİB)

“AGBank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

Bankdan verilən məlumata görə, bu barədə qərar səhmdarların ümumi yığıncağında qəbul olunub.

İclasın sonunda keçirilən səsvermə nəticəsində bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib. Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçiliblər.

İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edilib.

Məlumatda o da qeyd edilib ki, yaxın gələcəkdə bankın strukturunda əlavə dəyişikliklər gözlənilir.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər