“AGBank” ASC-nin 85 səhmdarından 2-si payını satıb.
Bu barədə agentlik Banka istinadən xəbər verir.
Məlumata görə, onların payını “AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Çingiz Əsədullayev alıb. Son nəticədə onun Bankdakı payı 31,68%-dən 33,57%-ə yüksəlib.
Xatırladaq ki, “AGBank” 1992-ci ildə “Azəriqazbank” adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır.