28 C
Baku
Saturday, July 27, 2024

Ağcabədi və Bərdənin suyla təminatına 1.4 milyon manat ayrılıb – SİYAHI

Prezident İlham Əliyev Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Siyahı

Sıra

№-si

Rayonun adı Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
1. Ağcabədi 10 Göyük kəndi (2 quyu) 931
Hindarx qəsəbəsi 9721
Xocavənd kəndi 3778
İmamqulubəyli kəndi 1240
Salmanbəyli kəndi 2692
Şahmalılar kəndi 328
Şərəfxanlı kəndi 957
Yuxarı Qiyaməddinli kəndi (2 quyu) 3555
Bərdə 10 Bala Qacar kəndi 904
Birinci Qaradəmirçi kəndi 2218
Əmirli kəndi 2048
Hacallı kəndi 1740
Xanərəb kəndi 2266
Xanxanımlı kəndi 407
İkinci Nazırlı kəndi 824
Körpüsındıran kəndi 722
Kürdborakı kəndi 721
Mehdixanlı kəndi 2009
Cəmi: 20 18 37 061
Son xəbərlər
Digər xəbərlər