24 C
Baku
Çərşənbə, May 18, 2022

Ağdam Sənaye Parkının 4 potensial rezidenti ilə danışıqlar son mərhələdədir

İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən 4 şirkətlə danışıqlar son mərhələdədir.

Bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda bildirib.

O, həmçinin xatırladıb ki, Parkda sosial zonanın təşkil edilməsi yekunlaşıb: “Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana , tibb məntəqəsi, aptek, mağaza, yeməkxana yaradılıb, əraziyə asfalt, yol, su xətti çəkilib. İşıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Bundan başqa, nazir müavini deyib ki, Ağdam Sənaye Parkının ərazisinin 76 hektarı və yaxud 40%-i minalardan təmizlənib.

Son xəbərlər
Oxşar xəbərlər