23 C
Baku
Friday, April 26, 2024

Sahib Ələkbərov

Qisa informasiya

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini (aprel 2020)

Sahib Nurəddin oğlu Ələkbərov

  • 1952-ci ildə Səfərəliyev (indiki Samux) rayonunda anadan olub.
  • 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
  • Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.
  • 2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
  • Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 02 iyul ayının tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini təyin edilib.
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 01 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər